Yuxarı

Gürcüstanın hakim partiyası Tbilisinin mərkəzində kütləvi mitinq keçirir

Gürcüstanın hakim partiyası Tbilisinin mərkəzində kütləvi mitinq keçirir

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası Tbilisinin mərkəzi Azadlıq meydanında kütləvi mitinq keçirir.

"Report"un yerli bürosu xəbər verir ki, "Gürcüstanın Avropa yolu" şüarlı aksiya partiyanın gənclər təşkilatının təşəbbüsü ilə təşkil olunub.

Mitinq Gürcüstanın Avropa Şurasına sədrliyinə həsr olunub. Aksiyada partiyanın sədri Bidzina İvanişvili, siyasi təşkilatın digər liderləri, nazirlər və parlament üzvləri da iştirak edirlər.

Mitinqə ölkənin müxtəlif bölgələrindən hakim partiyanın minlərlə tərəfdarı da qatılıb.

Kütləvi aksiya ilə əlaqədar olaraq Tbilisinin bir neçə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, qonşu ölkə Avropa Şurasının Nazirlər Komitəsinə noyabrın 27-dən sədrlik edir. Sədrlik 2020-ci ilin mayın 15-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi