Gürcüstanın dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yayıb

Gürcüstanın dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yayıb Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Aparatı Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyevin vəfatı ilə bağlı başsağlığı yayıb.
Region
21 Dekabr , 2019 17:45
Gürcüstanın dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yayıb

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Aparatı Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyevin vəfatı ilə bağlı başsağlığı yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, başsağlığında azərbaycanlı jurnalistin vəfatı ilə bağlı dərin hüzn ifadə edilib.

“Gürcüstan Jurnalistlər Birliyinin Rəyasət Heyətinin üzvü İslam Əliyev ömrü boyu Gürcüstanda jurnalistikanın inkişafına böyük töhfələr verib, gürcü və Azərbaycan xalqları arasında dostluğun gücləndirilməsinə xidmət edib. İslam Əliyevin vəfatı ilə bağlı onun yaxınlarına, dost və həmkarlarına başsağlığı veririk”, - başsağlığında bildirilib.

Qeyd edək ki, İ.Əliyev bu gün 72 yaşında dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi