Gürcüstanın baş naziri: “Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”

Gürcüstanın baş naziri: “Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb” “İyunun 20-də Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”.
Region
27 İyun , 2019 19:50
Gürcüstanın baş naziri: “Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”

“İyunun 20-də Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib.

Baş nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılıq və təhqiramiz ifadələrə məruz qalıblar: “Həmin gecə baş verənlər nə Daxili İşlər Nazirliyi, nə də onun rəhbərinin seçimi oldu. Bu, polis əməkdaşlarının ölkə konstitusiyası və nizam-intizamı qorumaqla bağlı vəzifə borcu idi”.

M.Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib: “Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”.

Hökumət başçısı sabiq prezident Mixeil Saakaşvili və onun tərəfdarlarının Gürcüstanda ictimaiyyətin haqlı etirazından istifadə etdiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi