Yuxarı

​Gürcüstanın baş naziri Londonda keçirilən "Antikorrupsiya-2016"nın zirvə toplantısına qatılıb

Toplantıda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının prezidentləri iştirak edirlər

Bakı. 12 may. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Londonda keçirilən "Antikorrupsiya-2016"nın zirvə toplantısında iştirak edir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, toplantıda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının prezidentləri iştirak edir.

İnformasiyada bildirilib ki, Gürcüstan hökuməti başçısının Britaniyanın müdafiə naziri Maykl Fellon və "British Petroleum" neft-qaz dövlət şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, antikorrupsiya tədbiri Britaniyanın baş naziri Devid Kemeronun təşəbbüsü ilə hər il keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi