Gürcüstanın baş naziri: “Lari möhkəm səviyyəsinə qayıdacaq”

Gürcüstanın baş naziri: “Lari möhkəm səviyyəsinə qayıdacaq” “Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik”.
Region
2 Avqust , 2019 15:30
Gürcüstanın baş naziri: “Lari möhkəm səviyyəsinə qayıdacaq”

“Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze brifinqdə bildirib.

Onun sözlərinə görə, son iki gündə milli valyuta gözlənildiyi kimi möhkəmlənib. Baş nazir turizm sektorunda gəlirlərin azalmasının müşahidə olunduğunu deyib:

“Hökumətin planlaşdırdığı tədbirlərin köməyi ilə bu sahə əvvəlki dinamikasına qayıdacaq. Biz turizm sektorunda artım dinamikasını bərpa edəcəyik və bu sahə növbəti illərdə də Gürcüstan iqtisadiyyatının əsas lokomotivlərindən biri olaraq qalacaq”.

Son xəbərlər

Orphus sistemi