Yuxarı

Gürcüstanın baş naziri: "Lari həddindən artıq ucuzlaşıb"

​Gürcüstanın baş naziri: "Lari həddindən artıq ucuzlaşıb"

"Lari həddindən artıq dəyərdən düşüb".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatda turizm sektorundan böyük gəlirlə bağlı gözləntilər olub: "Təəssüflər olsun ki, son hadisələrə görə bu, baş vermədi. Əlbəttə ki, bu, yeganə amil deyil".

M.Baxtadze deyib ki, turizmdən gəlirlər azalıb: "Lakin mən əminəm ki, fəaliyyət planı və biznes sektorun təklifləri ilə biz bu problemlərin öhdəsindən gələ biləcəyik".

Qeyd edək ki, Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi