Yuxarı

Gürcüstanın baş naziri Abaşidze və Karasin arasındakı görüşləri uğurlu hesab edib

Bu format kifayət qədər uğurludur və bu mərhələdə biz onu yenidən nəzərdən keçirmək və ya hər hansı bir dəyişiklik etmək niyyətində deyilik

Bakı. 27 fevral. REPORT.AZ/ Gürcüstan hökuməti RF ilə münasibətlərin tənzimlənməsi üzrə ölkənin baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidzenin RF xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüş formatını yenidən nəzərdən keçirmək və ya hər hansı bir dəyişiklik etmək niyyətində deyil. Bu barədə jurnalistlərə Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili bildirib.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, görüşün formatı siyasi məsələlərin müzakirəsini nəzərdə tutmur, görüşdə ticarət, nəqliyyat, mədəni-humanitar əməkdaşlığın bərpa olunması məsələləri müzakirə olunur. 

"Abaşidze-Karasin formatı artıq 2 ildir ki, mövcuddur. Bu format kifayət qədər uğurlu olub və hazırkı mərhələdə biz onu yenidən nəzərdən keçirmək və ya hər hansı bir dəyişiklik etmək niyyətində deyilik", - İrakli Qaribaşvili vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi