Yuxarı
    Bağlamaq

    ​Gürcüstanın baş naziri: "7 milyon dollar yardım toplanıb"

    İrakli Qaribaşvili: Avropa Komissiyası qrant şəklində 3 milyon avro ayırıb

    Bakı. 18 iyun. REPORT.AZ/ "Tbilisidə baş verən daşqında zərərçəkənlərə kömək və təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə bu günə qədər 15,2 milyon lari (6,9 milyon dollar) yardım toplanıb".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

    Onun sözlərinə görə, Avropa Komissiyası da daşqının vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə qrant şəklində 3 milyon avro ayırıb.

    Xatırladaq ki, iyunun 14-də Tbilisiyə yağan güclü yağış daşqınlara səbəb olmuşdu, nəticədə şəhəri su basmışdı. Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze daşqın nəticəsində Tbilisiyə yüz milyon lari, təxminən 45 milyon dollar məbləğində ziyan dəydiyini açıqlamışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi