Bakı. 18 iyun. REPORT.AZ/ "Tbilisidə baş verən daşqında zərərçəkənlərə kömək və təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə bu günə qədər 15,2 milyon lari (6,9 milyon dollar) yardım toplanıb".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası da daşqının vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə qrant şəklində 3 milyon avro ayırıb.
Xatırladaq ki, iyunun 14-də Tbilisiyə yağan güclü yağış daşqınlara səbəb olmuşdu, nəticədə şəhəri su basmışdı. Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze daşqın nəticəsində Tbilisiyə yüz milyon lari, təxminən 45 milyon dollar məbləğində ziyan dəydiyini açıqlamışdı.