Yuxarı

Gürcüstanın Azərbaycana borcu 10 milyon dollardan çoxdur

Gürcüstanın ən çox Almaniya qarşısında borc öhdəliyi var - 272 milyon dollar

Bakı. 24 iyun. REPORT.AZ/ Gürcüstanın Azərbaycana olan borcu 10,379 milyon dollar təşkil edir.

"Report" "Business Qruziya" portalına istinadən xəbər verir ki, ölkənin ümumi xarici borcu 79 milyon dollar artaraq 4,4 milyard dollara çatıb.

Gürcüstan region ölkələrindən Ermənistana 12 milyon dollar, Rusiyaya 79 milyon dollar, Türkiyəyə isə 1,8 milyon dollar borcludur. Ümumilikdə isə Gürcüstanın ən çox Almaniya qarşısında borc öhdəliyi var - 272 milyon dollar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi