Gürcüstandan Ermənistana "İqla” daşınan zenit-raket kompleksi aparan iki erməni saxlanılıb

Gürcüstandan Ermənistana "İqla” daşınan zenit-raket kompleksi aparan iki erməni saxlanılıb Operativ-axtarış tədbirləri nəticəsində işəsalma qurğusu ilə "9М39" raketi aşkar edilərək götürülüb
Region
22 Mart , 2017 19:56
Gürcüstandan Ermənistana İqla” daşınan zenit-raket kompleksi aparan iki erməni saxlanılıb

Bakı. 22 mart. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Gürcüstandan "İqla” daşına bilən zenit-raket kompleksinin (DZRK) gətirilməsində şübhəli bilinən iki vətəndaşını saxlayıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, Gürcüstandan Ermənistana qaçaqmalçılıq yolu ilə "İqla" DZRK-nın daşınacağı barədə məlumat Ermənistan MTX-yə mart ayında daxil olub.

"Həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində işəsalma qurğusu ilə "9М39" raketi aşkar edilərək götürülüb", - dey məlumatda bildirilir.

Cinayət Məcəlləsinin "Qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə" maddəsi ilə cinayət işi başlanılıb. Bu maddəyə əsasən, 2 ildən 6 il müddətinədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Məlumatda, həmçinin bildirilir ki, odlu silahın qanunsuz dövriyyəsi ilə əlaqəsi olan digər şəxslərin aşkar olunması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi