Yuxarı

Gürcüstanda yeni parlament sədri seçilib

Gürcüstanda yeni parlament sədri seçilib

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib. 

A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.

Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər. 

Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi