Gürcüstanda yaşayan bir qrup müsəlman etiraz aksiyası keçirib

Gürcüstanda yaşayan bir qrup müsəlman etiraz aksiyası keçirib Onlar "Müsəlmanların qətliamına son qoyulsun", "Bütün insanlar qardasdırlar", "Dini ayrıseçkiliyə son" şüarları səsləndiriblər
Region
13 Sentyabr , 2017 13:13
Gürcüstanda yaşayan bir qrup müsəlman etiraz aksiyası keçirib
Report

Tbilisi. 13 semtyabr. REPORT.AZ/ Gürcustanda yaşayan musəlmanlar bu gün Tbilisidə ölkə parlamentinin binası önündə etiraz aksiyası keçiriblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları Myanmada musəlmanların qətlə yetirilməsinə etraz edib, dünya birliyini bu məsələyə diqqət yətirməyə çagirıblar. 

Onlar "Müsəlmanların qətliamına son qoyulsun", "Bütün insanlar qardasdırlar", "Dini ayrıseçkiliyə son" şüarları səsləndiriblər.

Aksiyada iştirak edən Gürcüstandakı Babtist kilsəsini yepiskopu Malxaz Şanqulaşvili deyib ki, Myanmada və digər ölkələrdə müsəlmanların qətlə yetirilməsi insanlığa qarşı cinayətdir: "Bu cür cinayətlərə son qoyulmalıdır. Biz müslmanlarla qardaşıq və belə də olacağıq".

Gürcüstandakı "İmam Əli" məscidinin axundu, tədbirin təşkilatçılarınfan biri Hacı Hacıyev deyib ki, məqsəd müsəlmanlara qarşi törədilən cinayətlərə son qoyulmasına nail olmaqdır.

Aksiya iştirakçıları sonra BMT -nin Tbilisidəki iqamətgahina qədər yürüş ediblər. Numayandaliyə etiraz bəyanatı təqdim.olunub

Son xəbərlər

Orphus sistemi