Yuxarı

​Gürcüstanda Türkiyənin nəqliyyat şirkətinə qarşı etiraz aksiyası keçirilib

Aksiyaçılar şirkətin Gürcüstanın nəqliyyat bazarından çıxmasını tələb ediblər

Bakı. 26 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Türkiyənin "Metro" sərnişin-nəqliyyat şirkətinin fəaliyyətinə qarşı etiraz aksiyasında bir nəfər saxlanıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Tbilisidə Ortaçala avtostansiyasında "Metro" şirkətinin qarşısını kəsərək, onun hərəkətinə mane olub. 

Polisin müdaxiləsindən sonra planauyğun olaraq, avtobus Tbilisi-Batumi istiqamətində hərəkət edib. Bununla belə, avtobus nəzərdə tutulan qrafikdən yarım saat gec yola düşüb.

Aksiyaçılar Türkiyə şirkətinin Gürcüstanın nəqliyyat bazarından çıxmasını tələb ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi