Yuxarı

Gürcüstanda Sovet İşğalı günü münasibəti ilə dövlət bayraqları endirilib

Gürcüstanda Sovet İşğalı günü münasibəti ilə dövlət bayraqları endirilib
Parlamentin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub

Tbilisi. 25 fevral. REPORT.AZ/ Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sovet İşğalı günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi