Gürcüstanda seçkilər başa çatıb

Gürcüstanda seçkilər başa çatıb Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.
Region
19 May , 2019 20:09
Gürcüstanda seçkilər başa çatıb

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, saat 20:00-da səsvermə keçirilən 410 məntəqə bağlanıb.

Səsvermə ilə bağlı ilkin nəticələrin günün sonuna qədər elan olunacağı gözlənilir.

Qeyd edək ki, bugünkü seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib. Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.

Son xəbərlər

Orphus sistemi