Yuxarı
    Bağlamaq

    ​Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb

    Yanvarda donuz qripinə yoluxmuş 5 nəfər ölüb

    Bakı. 29 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 virusunun ("donuz qripi") yayılması səbəbindən 282 məktəb bağlanıb.

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Məlumata görə, yanvar ayı ərzində ölkədə "donuz qripi"ndən 5 nəfər, H3N1 virusuna yoluxmadan isə bir nəfər ölüb. 

    Xəbərdə bildirilib ki, Gürcüstanda yüz min nəfərdən 500-ü qripə yoluxub. Əvvəlki illərdə qış fəslində ölkədə adətən 100 min nəfərdən 332-də qripə yoluxma halı aşkarlanırmış. 

    Yerli mütəxəssislərin sözlərinə görə, qrip virusu bir qayda olaraq fevralda daha çox yayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi