Gürcüstanda “qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb

Gürcüstanda “qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb Gürcüstanın Tbilisi və Axaltsixe şəhərlərində keçirilən əməliyyat tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 4 nəfər saxlanılıb.
Region
1 Oktyabr , 2019 14:33
Gürcüstanda “qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb

Gürcüstanın Tbilisi və Axaltsixe şəhərlərində keçirilən əməliyyat tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 4 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxslərin xaricdə yaşayan “qanuni oğru”larla əlaqəli olması və onların arasında maliyyə mübahisəsinin aradan qaldırılmasında iştirak etdikləri müəyyən olunub. Polis saxlanılan şəxslərdən birinin evində axtarış zamanı 87 min dollar müsadirə edib.

Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi