Yuxarı

​Gürcüstanda prokurorun avtomobili atəşə tutulub

Atəş açan şəxs hadisə yerindən qaçıb

Bakı.15 yanvar. REPORT.AZ/ Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin "Hundai" markalı avtomobilinə 4 dəfə atəş açılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi