Yuxarı

Gürcüstanda prezident seçkilərinə təqribən 17 mln. dollar xərclənəcək

Gürcüstanda prezident seçkilərinə təqribən 17 mln. dollar xərclənəcək

Tbilisi. 13 avqust. REPORT.AZ/ “Bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident seçkilərinə təxminən 42 milyon lari (təqribən 16,5 milyon dollar) vəsaitin xərclənməsi nəzərdə tutulub”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu mətbuata açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya deyib.

Onun sözlərinə görə, bu məbləğin təqribən 1,2 milyon larisi seçkilərlə bağlı treninqlərin təşkilinə, 9 milyonu prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələrinin televiziya vasitəsilə təbliğatına sərf olunacaq.

T.Jivaniya bildirib ki, əvvəllər prezident seçkiləri üçün 39 milyon lari nəzərdə tutulmuşdu. Bu məbləğ seçki marafonunun seçkilərə 60 gün qalmış elan olunduğu vaxta görə nəzərdə tutulub. Amma seçki marafonu daha tez elan olunduğu üçün əlavə xərclərin yaranmasına gətirib çıxarıb.

Amma MSK sədri seçkilər üçün ayrılmış vəsaitin artırılacağını da istisna etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi