Gürcüstanda NATO və Avropa İttifaqının tərəfdarları azalıb

Gürcüstanda NATO və Avropa İttifaqının tərəfdarları azalıb Gürcüstanda rəyi soruşulanların 49%-i ölkənin NATO-ya üzvlüyünü tam dəstəkləyir.
Region
19 İyul , 2019 09:33
Gürcüstanda NATO və Avropa İttifaqının tərəfdarları azalıb

Gürcüstanda rəyi soruşulanların 49%-i ölkənin NATO-ya üzvlüyünü tam dəstəkləyir.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Bu göstərici 2009-cu ilin iyunundan bu yana ən aşağı göstəricidir.

Respondentlərin 19%-i Gürcüstanın Alyansa qoşulmasını qismən dəstəkləyir, 6%-i qismən dəstəkləmir, 13%-i qəti şəkildə dəstəkləmir, 13%-i isə suala cavab verməyib.

Avropa İttifaqına gəlincə, rəyi soruşulanların 57%-i Gürcüstanın bu birliyə qoşulmasını tam dəstəkləyir. 2013-cü ilin fevralından etibarən bu göstərici ən aşağı göstərici olub. Həmin dövrdə keçirilən rəy sorğusunda respondentlərin 67%-i Aİ-yə üzvlüyü dəstəkləyib.

Sorğuda iştirak edənlərin 18%-i ölkənin Aİ-yə üzvlüyünü qismən dəstəkləyib, 4%-i qismən dəstəkləməyib, 8%-i qətiliklə etiraz edib, 13%-i isə suala cavab verməkdə çətinlik çəkib.

Sorğu bu ilin mayın 20-dən iyunun 11-dək bütün Gürcüstan üzrə 1 500 vətəndaş arasında keçirilib.

Son xəbərlər

Orphus sistemi