Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb

Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.
Region
17 İyul , 2019 19:34
Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb

Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mühafizəçi silahın qanunsuz əldə olunması və daşınmasında günahlandırılır.

İ.Okruaşvili mühafizəçisinin saxlanılmasını ona qarşı siyasi təqiblə əlaqələndirib.

O, K.Koşadzeni uzun illər tanıdığını və onun əlində heç vaxt silah görmədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi