Gürcüstan ombudsmanı: “Milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylər gücləndirilməlidir”

Gürcüstan ombudsmanı: “Milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylər gücləndirilməlidir” Tbilisi. 20 fevral. REPORT.AZ/ “Gürcüstanda yaşayan milli azlıqların ictimai və siyasi həyatda hərtərəfli iştirakının təmin olunması olduqca vacibdir”.
Region
20 Fevral , 2019 19:45
Gürcüstan ombudsmanı: “Milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylər gücləndirilməlidir”

Tbilisi. 20 fevral. REPORT.AZ/ “Gürcüstanda yaşayan milli azlıqların ictimai və siyasi həyatda hərtərəfli iştirakının təmin olunması olduqca vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan ombudsmanı Nino Lomcaria ölkənin Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində bildirib.

O deyib ki, milli azlıqların inteqrasiya prosesini sürətləndirmək məqsədilə onlar üçün bərabər sosial və iqtisadi imkanlar yaradılmalıdır: “Bununla yanaşı, etnik azlıqlar keyfiyyətli təhsillə təmin olunmalı, dövlət dilinin tədrisi inkişaf etdirilməlidir. Dövlət qurumları da milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylərini gücləndirməli və tolerant mühiti təmin etməlidirlər”.

Son xəbərlər

Orphus sistemi