Gürcüstanda məhv edilən terrorçulardan biri İstanbul aeroportunda terror aktı törətmiş şəxsdir

Gürcüstanda məhv edilən terrorçulardan biri İstanbul aeroportunda terror aktı törətmiş şəxsdir Tbilisi. 26 noyabr. REPORT.AZ/ Gürcüstanın güc strukturları İstanbul aeroportunda terror aktı törətmiş şəxsi məhv ediblər.
Region
26 Noyabr , 2017 20:59
Gürcüstanda məhv edilən terrorçulardan biri İstanbul aeroportunda terror aktı törətmiş şəxsdir

Tbilisi. 26 noyabr. REPORT.AZ/ Gürcüstanın güc strukturları İstanbul aeroportunda terror aktı törətmiş şəxsi məhv ediblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelauri bildirib.

DTX rəisi deyib ki, Tbilisidə noyabrın 22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı törətmiş Axmed Çatayevdir (təkəlli Əhməd).

Qomelauri bununla belə, daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib.

Tbilisidə keçirilmiş antiterror əməliyyatı zamanı 1 terrorçu ələ keçirilib, 3-ü məhv edilib.

Əməliyyat zamanı 1 xüsusi təyinatlı həlak olub, 4 –ü yaralanıb.

Son xəbərlər

Orphus sistemi