Gürcüstanda mandatı ləğv olunmuş deputat 9 ilədək müddətə həbs oluna bilər

Gürcüstanda mandatı ləğv olunmuş deputat 9 ilədək müddətə həbs oluna bilər Tbilisi Şəhər Məhkəməsində ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melianın işi üzrə iclas keçirilir.
Region
27 İyun , 2019 15:06
Gürcüstanda mandatı ləğv olunmuş deputat 9 ilədək müddətə həbs oluna bilər

Tbilisi Şəhər Məhkəməsində ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melianın işi üzrə iclas keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu məhkəməyə N.Melianın ilkin həbsi ilə bağlı müraciət edib.

Məhkəmə iclasında VMHP ilə yanaşı, Avropalı Gürcüstan Partiyasının üzvləri, N.Melianın yaxınları və dostları da iştirak edirlər.

Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda təqsirləndirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi