Yuxarı
    Bağlamaq

    Gürcüstanda leysan yağışları səbəbindən Borjomi kurortu sular altında qalıb

    Mərkəzi küçələr, binalar və yaşayış evlərinin birinci mərtəbələrini su basıb

    Bakı. 16 iyun. REPORT.AZ/ Bu gecə müşahidə olunan güclü dolu və leysan nəticəsində Borjomi şəhərində küçə və binaları su basıb, kənd təsərrüfatına zərər dəyib.

    Bu barədə "Report" RİA Novosti"yə istinadən xəbər verir. 

    Yerli administrasiyadan bildiriblər ki, navalçalar və kanallar böyük su axınının qarşısını ala bilməyib, nəticədə mərkəzi küçələr, binalar və yaşayış evlərin birinci mərtəbələrini su basıb, ağaclar aşıb və avtomobillərə ziyan dəyib. 

    Gürcüstan teleşirkətlərinin məlumatına görə, düşən dolu Borjominin yaxınlığında yerləşən kəndlərə də ziyan vurub.

    Qori rayonunda meyvə bağları və məhsul tamamilə məhv olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi