Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb

Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb Seçkilər 3 min 644 seçki məntəqəsində keçirilib
Region
21 Oktyabr , 2017 20:12
Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, seçki məntəqələri Bakı vaxtı ilə 20:00-da bağlanıb.

Seçkilər 3 min 644 seçki məntəqəsində keçirilib.

"Seçkilər dinc, sakit şəraitdə keçib, heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb, seçicilər özlərini sərbəst ifadə etmək imkanına malikdirlər", - deyə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri jurnalistlərə bildiriblər.

MSK-nın məlumatına görə, 17:00 üçün seçicilərin seçkilərdə fəallığı 36,7 faiz təşkil edib ki, bu da 2014-cü ilin analoji seçkilərindəkindən bir qədər çoxdur. Həmin zaman fəallıq 35 faiz təşki edib.

Gürcüstan qanunlarına görə, seçicilərin iştirak faizindən asılı olmayaraq seçkilər baş tutmuş hesab olunur.

Son xəbərlər

Orphus sistemi