Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq Seçkilər oktyabrın 21-də keçiriləcək
Region
23 Avqust , 2017 21:12
Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

Tbilisi. 23 avqust. REPORT.AZ/ Gürcüstan hökuməti oktyabrın 21-də yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilər üçün 39 milyon lari (16,9 milyon dollar) maliyyə vəsaiti ayırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze deyib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi ilə yanaşı seçkilərlə əlaqədar treninqlərin təşkili və informasiya-təbliğat kampaniyası da bu vəsait hesabına yerinə yetiriləcək.

Gürcüstan MSK-sından “Report”a bildiriblər ki, seçicilər oktyabrın 21-də yerli orqanlara 2 min 58 deputat, 64 sakrebul (bələdiyyə) rəhbəri və 64 mer seçəcəklər.

Artıq 9 siyasi partiya seçkilərdə iştirakla bağlı MSK-ya müraciət edib və onlardan 7-si MSK-da qeydiyyatdan keçib. Daha 8 partiya seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan edib. Bu partiyaların qeydiyyatdan keçmək üçün avqustun 27-dək vaxtı var, əks halda onlar seçkilərdən kənarda qalacaqlar. Siyasi partiyalarla yanaşı müstəqil namizədlər də seçkilərdə iştirak edə bilərlər.

MSK-dan bildiriblər ki, bu seçkilər əvvəlkindən əsaslı şəkildə fərqli olacaq. Seçki kompaniyasına 1 ay qalmış, parlamentin qərarı ilə artıq Ambrolauri, Axaltsixe, Qori, Zuqduqi, Telavi, Mtsxeta, Ozurqeti şəhərləri yerli özünü idarəetmə statuslarını itiriblər. Hələlik bu status yalnız Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərində qalıb.

Bundan başqa, parlament rayon administrasiyasının rəhbəri – qamqebeli vəzifələrini də rayonun meri vəzifələri ilə əvəz edib.

Yeni dəyişikliklər yerli özünü idarəetmə orqanları deputatlarının fəaliyyət müddəti də azaldılıb. İndi deputatlar, rayon merləri 3 il deyil, 4 il müddətinə seçiləcəklər.

Son xəbərlər

Orphus sistemi