Gürcüstanda il ərzində qarayara xəstəliyindən ikinci ölüm hadisəsi qeydə alınıb

Gürcüstanda il ərzində qarayara xəstəliyindən ikinci ölüm hadisəsi qeydə alınıb Qadın tibb müəssisəsinə gec müraciət edib
Region
8 Noyabr , 2017 21:26
Gürcüstanda il ərzində qarayara xəstəliyindən ikinci ölüm hadisəsi qeydə alınıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Gürcüstanda il ərzində qarayara xəstəliyindən ikinci ölüm hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinə istinadən "İnterfax" məlumat yayıb.

Bildirilir ki, ölən qadın 28 yaşlı Poti şəhər sakinidir. Ehtimal edilir ki, qadın tibb müəssisəsinə gec müraciət edib.

"Xəstəyə müvafiq tibbi yardım göstərilib, lakin, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayyıb", - deyə Səhiyyə Nazirliyinin Poti regional laboratoriyasının epidemioloqu Maka Qabunia bildirib.

Qeyd olunur ki, Poti əhalisi arasında təşvişə səbəb yoxdur.

2017-ci ilin sentyabrında Gürcüstanda qarayara xəstəliyindən birinci ölüm hadisəsi Acariyada qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi