Gürcüstanda hoteldə kütləvi zəhərlənmə olub

Gürcüstanda hoteldə kütləvi zəhərlənmə olub Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində yerləşən hotellərdən birində kütləvi zəhərlənmə baş verib.
Region
22 İyul , 2019 16:15
Gürcüstanda hoteldə kütləvi zəhərlənmə olub

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində yerləşən hotellərdən birində kütləvi zəhərlənmə baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün öncə hoteldə qalan 9-u uşaq olmaqla 10 nəfər zəhərlənib.

Zəhərlənənlər Kobuleti xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların hamısında mədə bulanması və baş ağrısı olub.

Zəhərlənməyə səbəbin xaçapuri olduğu bildirilir.

Pasiyentlərin hamısı artıq klinikadan evə buraxılıb.

Kütləvi zəhərlənmə faktının qeydə alındığı hoteldə yoxlama aparılır. 

Son xəbərlər

Orphus sistemi