Yuxarı

Gürcüstanda etiraz aksiyası keçirən metallurqların sayı 400-ə çatıb - YENİLƏNİB

Gürcüstanda etiraz aksiyası keçirən metallurqların sayı 400-ə çatıb - YENİLƏNİB

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçilərinin keçirdiyi aksiya iştirakçılarının sayı 400 nəfərə çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, etirazçıların bir hissəsi “Rustavi Polad” şirkətinin rəhbərliyi ilə görüşərək tələblərini bildiriblər.

Rəhbərlik tələblərin yerinə yetirilməsi imkanlarının araşdırılması üçün üçgünlük vaxt tələb edib.

Metallurqlar tələbləri yerinə yetirilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər.

Qeyd edək ki, zavod işçilərinin əsas tələbləri əməkhaqlarının 1000 lariyə qədər artırılması və iş vaxtının 12 saatdan 8 saata qədər azaldılmasından ibarətdir. 


*** 10:58

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Yüzə yaxın işçinin qatıldığı aksiyanın əsas tələbi əmək haqlarının 1000 lariyə qədər artırılması və iş saatının 12 saatdan 8 saata qədər azaldılmasından ibarət olub.

İşçilər zavod rəhbərliyi ilə görüş keçiriblər. Rəhbərlik hazırkı mərhələdə onların tələblərinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib.

Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi