Gürcüstanda etiraz akiyası keçirilib

Gürcüstanda etiraz akiyası keçirilib Bakı. 31 may. REPORT.AZ/ Gürcüstanda, paytaxt Tbilisinin Xorava küçəsində baş vermiş qətl işi ilə bağlı məhkəmə qərarına qarşı Baş Prokurorluğun qarşısında keçirilən etiraz aksyası parlamentin binası qarşısında davam etdirilib.
Region
31 May , 2018 22:21
Gürcüstanda etiraz akiyası keçirilib

Bakı. 31 may. REPORT.AZ/ Gürcüstanda, paytaxt Tbilisinin Xorava küçəsində baş vermiş qətl işi ilə bağlı məhkəmə qərarına qarşı Baş Prokurorluğun qarşısında keçirilən etiraz aksyası parlamentin binası qarşısında davam etdirilib.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Xorava küçəsində qətlə yetirilmiş yetkinlik yaşına çatmayan şəxsin atası Zaza Saralidze aksiya iştirakçılarına müraciət edib. O, etirazçılara təşəkkürünü bildirib.

"Sağ ol Gürcüstan, bu gün siz oğlumla bir sırada dayanırsınız. Gələcəyimiz uğrunda mübarizə apardığınıza görə hamıya təşəkkür! Bizim gələcəyimiz sizə məxsusdur, Gürcüstan bizimdir. Biz sistemə (hakimiyyətə-red) uşaqlarımızı öldürməyə imkan verməməliyik", - deyə Zaza Saralidze bildirib. Aksiya iştirakçıları bir sıra vəzifəli şəxslərin, o cümlədən ədliyyə nazirinin istefasını tələb edirlər.

Aksiyanın təşkilatçılarından biri Zviad Kupravanın sözlərinə görə, Zaza Saralidzenin rəhbərliyi altında ictimai qrupun yaradılması planlaşdırılır. Etirazçılar daha əvvəl ölkənin Baş Prokurorluğunun binası qarşısında da aksiya keçiriblər.

Son xəbərlər

Orphus sistemi