Gürcüstanda ermənilərin yaşadığı kəndin keşişi oğurluq və pedofiliyada ittiham olunur

Gürcüstanda ermənilərin yaşadığı kəndin keşişi oğurluq və pedofiliyada ittiham olunur Bakı. 8 dekabr. REPORT.AZ/ Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin ermənilərin çoxluq təşkil etdiyi Tsxaltbila kəndinin katolik keşişi oğurluq və pedofiliyada ittiham olunur.
Region
8 Dekabr , 2017 10:33
Gürcüstanda ermənilərin yaşadığı kəndin keşişi oğurluq və pedofiliyada ittiham olunur

Bakı. 8 dekabr. REPORT.AZ/ Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin ermənilərin çoxluq təşkil etdiyi Tsxaltbila kəndinin katolik keşişi oğurluq və pedofiliyada ittiham olunur.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı kənd sakinləri bölgə prokurorluğuna müraciət ediblər.

İnformasiyaya əsasən, Tsxaltbila kəndinin sakinlərinin çoxu katolikdir.

Keşiş Anatoli İvanyukun təcavüz etdiyi uşaqlar əvvəllər sussalar da, indi ifadə verməyə hazır olduqlarını bildiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində vəziyyəti araşdırır. Hadisə ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi