Gürcüstanda erməni deputata qarşı cinayət işinin açılmaması narazılıq yaradıb

Gürcüstanda erməni deputata qarşı cinayət işinin açılmaması narazılıq yaradıb Gürcüstanda cinsi təcavüzdə günahlandırılan parlament deputatı Enzol Mkoyana qarşı cinayət işinin qaldırılmaması narazılığa səbəb olub.
Region
11 Oktyabr , 2019 14:02
Gürcüstanda erməni deputata qarşı cinayət işinin açılmaması narazılıq yaradıb

Gürcüstanda cinsi təcavüzdə günahlandırılan parlament deputatı Enzol Mkoyana qarşı cinayət işinin qaldırılmaması narazılığa səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, məsələ ilə bağlı istintaq öncəsi tədbirlər həyata keçirilsə də, deputatın əməlində cinayət sayıla biləcək halın olmadığı barədə qərar verilib.

Parlament üzvünü cinsi təcavüzdə ittiham edən Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyinin sədri Narine Ginosyanın vəkili Mirian Nikoladze bildirib ki, müdafiə etdiyi şəxs rayon prokuroluğunda dindirilib.

O qeyd edib ki, dindirilmə Gürcüstan ombudsmanının ofisinə müraciətdən sonra baş tutub.

Vəkilin sözlərinə görə, məsələ ilə bağlı parlamentə təqdim olunan müraciət də hələ cavabsız qalıb. M.Nikoladze qanunverici orqanda müraciətin qeydə alınmasına baxmayaraq, hər hansı bir reaksiyanın olmadığını vurğulayıb. Vəkil parlamentin komitələrində məsələnin müzakirə olunması tələbi ilə qanunverici orqana yenidən müraciətin ediləcəyini söyləyib.

Qeyd edək ki, E.Mkoyana qarşı cinsi təcavüzlə bağlı ittihamlar bu ilin iyulunda səslənib. Bu ittihamlar N.Ginosyan və müsahibi Anjelika Putulyana qarşı cinayət işinin açılmasından sonra irəli sürülüb. Hər iki şəxslə bağlı büdcə vəsaitlərinin mənimsənilməsi faktları üzrə istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi