Gürcüstanda Energetika birjası yaradılıb

Gürcüstanda Energetika birjası yaradılıb Gürcüstanda enerji sistemində həyata keçirilən islahatlar çərçivəsində Energetika birjası yaradılıb.
Region
6 Dekabr , 2019 16:04
Gürcüstanda Energetika birjası yaradılıb

Gürcüstanda enerji sistemində həyata keçirilən islahatlar çərçivəsində Energetika birjası yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, birja Avropa təcrübəsinə uyğun olaraq formalaşdırılacaq.

Birjanın təsisçiləri 50%/50%-lik pay ilə “Gürcüstanın elektrik sistemi” SC və “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”dur. 2021-ci ildən etibarən fəaliyyətə başlayacaq Energetika birjasında ilkin mərhələdə elektrik enerjisi, daha sonra isə enerji istehsal edən obyektlər satışa çıxarılacaq.

Birjaya Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının keçmiş sədri İrina Milorava rəhbər təyin olunub.

Son xəbərlər

Orphus sistemi