Yuxarı

Gürcüstanda dolların məzənnəsi 11 illik maksimuma çatıb

Ötən il noyabrın əvvəllərindən lari dollara nisbətdə 22,4% ucuzlaşıb

Bakı. 20 fevral. REPORT.AZ/ Gürcüstanın milli valyutası ABŞ dollarına nisbətdə 2,1472 səviyyəsinə düşüb, bu da 2004-cü ilin yanvar ayından sonra ən aşağı göstəricidir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ötən il noyabrın əvvəllərindən başlayaraq lari dollara nisbətdə 22,4%,  avroya nisbətdə isə 10,9% dəyərini itirib.

Gürcüstan Milli Bankı bildirib ki, dünənki valyuta hərracında bank 40 mln. ABŞ  dolları satıb. Bu cari ildə həyata keçirilən ikinci müdaxilədir - fevralın 11-də GMB həmin miqdarda dollar satışını həyata keçirib və eyni zamanda öz uçot dərəcəsini 50 bazis bəndinə 4,5%-ə qədər qaldırıb. O zaman bu addım Gürcüstan valyutasının dəyərdən düşməsini dayandırmağa bir qədər kömək edib. Lakin bu qısa müddət davam edib və sonradan lari yenidən ucuzlaşmağa başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi