Yuxarı

Gürcüstan şəhərlərində DİN rəhbərinin istefası tələbi ilə aksiyalar keçirilib

​Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə ksiyalar keçirilib

Gürcüstanın Kutaisi və Qori şəhərlərində daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə aksiya keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaları müxalif Vahid Milli Hərəkat Partiyasının gənc üzvləri təşkil edib.

Aksiyaçılar Kutaisi şəhərində mərkəzi avtomobil yolunu bir neçə dəqiqə ərzində bağlayıblar. Onlar iyunun 20 və 21-də Tbilisidə keçirilən aksiyanın zor gücünə dağıdılması zamanı gənclərin xəsarət alması ilə bağlı məsuliyyətin G.Qaxarianın üzərinə düşdüyünü bildiriblər.

Qoridə də keçirilən aksiyada gənclər avtomobil yolunu bağlayıblar və əllərində “Qaxaria get!” şüarının olduğu plakatlar tutublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi