Yuxarı

Gürcüstanda beş uşaqlı azərbaycanlı ailə yaşadığı evdən çıxarıldı

​Gürcüstanda beş uşaqlı azərbaycanlı ailə yaşadığı evdən çıxarıldı

736

Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində Hüseynovlar ailəsi evsiz qalıb.

“Report”un yerli bürosu xəbər verir ki, yaşlı nənə-baba və beş azyaşlı uşaq problemin həlli ilə bağlı Qardabani bələdiyyəsinə müraciət ediblər.

Hüseynovlar ailəsi bu yaxınlarda ipoteka borcunun ödənilməməsinə görə yaşadığı evdən çıxarılıb. Azyaşlıların atası yataq xəstəsidir, ana isə ailəsini tərk edib.

Qardabani rayonunun sakrebulo sədrinin müavini Rəfi Orucov Hüseynovlar ailəsinin probleminin diqqətə götürüldüyünü bildirib. Onun sözlərinə görə, rayon rəhbərliyi ailənin probleminin həll edilməsinə dəstək üçün lazımı addımlar atacaq.

Azərbaycanlı ailə hələlik müvəqqəti yaşayış yeri ilə təmin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi