Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa olunacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa olunacaq Tbilisi. 15 iyul. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa ediləcək.
Region
15 İyul , 2018 13:11
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa olunacaq

Tbilisi. 15 iyul. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa ediləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda Qardabani rayonunda belə bir hüquqi xidmət mərkəzi yoxdur və soydaşlarımız müxtəlif hüquqi sənədləri əldə etmək üçün Rustavi, Marneuli və ya Tbilisi şəhərlərinə gedirlər.

Gürcüstan parlamentinin Qardabanidən seçilən mojaritar deputatı Savalan Mirzəyevin ölkənin Ədliyyə Nazirliyi ilə apardığı danışıqlardan sonra rayonda belə bir xidmət mərkəzinin tikintisi barədə razılıq əldə olunub.

Yeni “Ədliyyə evi”nin tikintisi ilə əlaqədar artıq bütün sənədlər hazırlanıb.

Tikinti işlərinə 2019-cu ilin əvvəlində başlanılacaq və ilin sonunadək mərkəz əhalinin istifadəsinə veriləcək.

Son xəbərlər

Orphus sistemi