Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda “donuz qripi”ndən bir nəfər ölüb

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda “donuz qripi”ndən bir nəfər ölüb Tbilisi. 5 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) (“donuz qripi”) virusundan ölüb.
Region
5 Fevral , 2019 14:44
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda “donuz qripi”ndən bir nəfər ölüb

Tbilisi. 5 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) (“donuz qripi”) virusundan ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, “donuz qripi” ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

Qeyd edək ki, Marneulidə “donuz qripi”nə yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı “Tamiflu” preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. 

Son xəbərlər

Orphus sistemi