Gürcüstanda azərbaycanlı gənclərə dövlət idarələrində iş təcrübəsi təklif olunub

Gürcüstanda azərbaycanlı gənclərə dövlət idarələrində iş təcrübəsi təklif olunub Gürcüstanda milli azlıqlardan olan gənclər üçün dövlət qurumlarında növbəti iş təcrübə proqramı elan olunub.
Region
8 Oktyabr , 2019 12:04
Gürcüstanda azərbaycanlı gənclərə dövlət idarələrində iş təcrübəsi təklif olunub

Gürcüstanda milli azlıqlardan olan gənclər üçün dövlət qurumlarında növbəti iş təcrübə proqramı elan olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, proqramdan “1+4” proqramı üzrə 3 və ya 4-cü kursda təhsil alan, magistr və məzun olan azərbaycanlı, erməni, abxaz və osetin gənclər yararlana biləcəklər.

Proqram Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, USAID və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə reallaşacaq.

Layihə çərçivəsində Gürcüstanın dövlət qurumlarında 500 vakant yer təqdim olunub. Vakansiyalar www.hr.gov.ge saytında yerləşdirilib. İş təcrübəsində maraqlı olan gənclərdən müraciətlər oktyabrın 22-dək qəbul olunacaq.

Müsabiqə əsasında seçiləcək gənclərə dövlət, yerli idarəetmə və publik hüquqi şəxs olan orqanlarda bir aydan altı ayadək iş təcrübəsi təklif olunacaq.

Qeyd edək ki, qonşu ölkədə milli azlıqları təmsil edən gənclər üçün dövlət idarələrində iş təcrübəsi proqramı 2017-ci ildən etibarən həyata keçirilir. Proqramın məqsədi Gürcüstanda yaşayan etnik azlıqların işlə təminatı perspektivlərinin yaxşılaşdırılması və onların vətəndaş inteqrasiyası prosesində iştirakına dəstək verməkdir. 

Son xəbərlər

Orphus sistemi