Gürcüstanda komendant saatında evlilik təklif edən azərbaycanlı cərimələndi

Gürcüstanda komendant saatında evlilik təklif edən azərbaycanlı cərimələndi Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində polis komendant saatının tələblərini pozan 9 azərbaycanlı gənci cərimələyib.
Region
7 Aprel , 2020 12:13
Gürcüstanda komendant saatında evlilik təklif edən azərbaycanlı cərimələndi

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində polis komendant saatının tələblərini pozan 9 azərbaycanlı gənci cərimələyib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə ötən gün saat 21:00-dan sonra baş verib.

Gənclərdən biri qıza evlilik təklifi məqsədilə kənd stadionunda 8 dostu ilə birgə ürək formasında ocaq yandırıb.

Qeyd edək ki, Gürcüstanda komendant saatı martın 31-dən etibarən tətbiq olunur. Saat 21:00-dan 06:00-dək bütün ölkə ərazisində piyada və avtomobillərin hərəkəti tam qadağan olunur. Komendant saatının tələblərini pozan fiziki şəxslər 3 min lari (944 ABŞ dolları) məbləğində cərimə olunurlar.

Son xəbərlər

Orphus sistemi