Gürcüstanda azərbaycanlı əsgərin atası oğlunu serjantın döydürdüyünü iddia edir

Gürcüstanda azərbaycanlı əsgərin atası oğlunu serjantın döydürdüyünü iddia edir Tbilisi. 7 fevral. REPORT.AZ/ Ötən gün Gürcüstanın Krtsanisihərbi təlim mərkəzində baş vermiş insident nəticəsində xəstəxanaya yerləşdirilən əsgər, 20 yaşlı Elcan Əfəndiyevin atası Elbrus Əfəndiyev oğlunun döyüldüyünü iddia edir.
Region
7 Fevral , 2019 12:36
Gürcüstanda azərbaycanlı əsgərin atası oğlunu serjantın döydürdüyünü iddia edir
0 : 00
0 : 00

Tbilisi. 7 fevral. REPORT.AZ/ Ötən gün Gürcüstanın Krtsanisihərbi təlim mərkəzində baş vermiş insident nəticəsində xəstəxanaya yerləşdirilən əsgər, 20 yaşlı Elcan Əfəndiyevin atası Elbrus Əfəndiyev oğlunun döyüldüyünü iddia edir.

O, bu barədə “Report”un Gürcüstan bürosuna bildirib.

E.Əfəndiyev deyib ki, oğlu bundan əvvəl Algetidə hərbi xidmətdə olub: “Üç gün idi Krtsanisi təlim mərkəzində xidmətini davam etdirirdi. Oğlum Algetidə hərbi xidmətdə olarkən əlinə şpaler düşüb və zədə alıb. Həkimlər iddia ediblər ki, azərbaycanlı əsgər guya evə getmək məqsədilə qəsdən əlini zədələyib. Elcanı, ilk olaraq, Algetidəki xəstəxanaya, oradan da Qori hospitalına aparıblar”.

Onun sözlərinə görə, hospitaldan sonra Elcan Algetiyə geri gətirilməli idi: “Lakin sonradan onun Krtsanisi mərkəzinə aparıldığı məlum olub. Məsələni araşdırmaq üçün mərkəzə getdim və oğlumun Algetiyə qaytarılmamasının səbəbi ilə maraqlanmaq istədim. Məni içəri buraxmadılar. Bildirdilər ki, guya hərbi hissəyə hücum etmək istəmişəm. Bir serjant yanında 10 əsgərlə mənimlə söhbət etməyə gəldi. Mənə bildirdilər ki, Elcan 4 ay Krtsanisidə xidmət edəcək”.

E.Əfəndiyev vurğulayıb ki, oğlu Krtsanisi mərkəzində hərbi xidmət keçmək istəməyib: “Elcan Algetidə hərbi xidmətini davam etdirmək istəyirdi. Dünən axşam oğlum mənə zəng vurdu və xəstəxanada olduğunu bildirdi. Mənə döyüldüyünü dedi. Oğlumun sözlərinə görə, onu bir otağa salıb, qapısını bağlayıblar. Serjant onu bir neçə əsgərə döydürüb. Sonra bayıra çıxarıb orada da döyüblər. İndi də deyirlər huşunu itirib. İnsan durduğu yerdə necə özündən gedə bilər? Oğlum xəstəxanaya aparılarkən belə huşu özündə olmayıb. Sonradan ayılıb”.

Azərbaycanlı hərbi qulluqçunun atası qeyd edib ki, oğlu hazırda Qori hərbi hospitalında müayinə olunur və vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyindən insidentlə bağlı bildirilib ki, Krtsanisi təlim mərkəzində ötən gün mübahisə yaranıb və emosional fonda E.Əfəndiyev özünü pis hiss edib və o, xəstəxanaya çatdırılıb. Qurumdan azərbaycanlı hərbçinin travma almadığı qeyd olunub.

Əsgərin, ilkin olaraq, yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından bildirilib ki, pasiyentin üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib. 

Son xəbərlər

Orphus sistemi