Gürcüstanda Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən şəxs 8 il müddətinə həbs olunub

Gürcüstanda Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən şəxs 8 il müddətinə həbs olunub Tbilisi Şəhər Məhkəməsi Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən D.K. adlı şəxsi 8 il müddətinə azadlıqdan məhrum edib.
Region
19 Avqust , 2019 15:01
Gürcüstanda Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən şəxs 8 il müddətinə həbs olunub

Tbilisi Şəhər Məhkəməsi Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən D.K. adlı şəxsi 8 il müddətinə azadlıqdan məhrum edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Faktlarla sübuta yetirilib ki, 2018-ci ilin avqustun 4-də D.K. və R.K. adlı yeniyetmə E.C. adlı Azərbaycan vətəndaşına Tbilisi dəmir yolu vağzalı yaxınlığında gecə saatlarında hücum edib. Soyğunçular Azərbaycan vətəndaşına bıçaqla hədə-qorxu gələrək ondan ümumi dəyəri 875 lari olan şəxsi əşyaları oğurlayıb hadisə yerindən qaçıblar.

Polis cinayətkarları 2018-ci il avqustun 7-də Tbilisidə saxlayıb. Yeniyetmə valideynlərinin nəzarətinə verilib və onunla bağlı iş ayrıca olaraq məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi