Gürcüstanda aksiyalara səbəb olmuş yeniyetmənin qətli ilə bağlı yeni təhqiqat başlayacaq

Gürcüstanda aksiyalara səbəb olmuş yeniyetmənin qətli ilə bağlı yeni təhqiqat başlayacaq Bakı. 1 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili etiraz aksiyasına səbəb olan yeniyetmənin qətl işi ilə bağlı yeni təhqiqatın başlayacağı anonsunu verib.
Region
1 İyun , 2018 01:55
Gürcüstanda aksiyalara səbəb olmuş yeniyetmənin qətli ilə bağlı yeni təhqiqat başlayacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili etiraz aksiyasına səbəb olan yeniyetmənin qətl işi ilə bağlı yeni təhqiqatın başlayacağı anonsunu verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə bildirib. 

"Sabahdan (bu gündən-red) Daxili İşlər Nazirliyi yenidən işə baxacaq və baş nazirin müavini (daxili işlər naziri-red) təhqiqat prosesinə rəhbərlik edəcək. Əlbəttə mən də işə qoşulacam və prosesə nəzarət edəcəm", - deyə baş nazir brifinqdə qeyd edib.

Kvirikaşvili daha sonra bildirib ki, parlament də yaxın vaxtlarda növbədənkənar iclasında bu məsələ üzərində işə başlayacaq və yeniyetmənin ölümü ilə bağlı işin araşdırılması üzrə komissiyanın tərkibini təsdiq edəcək. 

Son xəbərlər

Orphus sistemi