Yuxarı

Gürcüstanda 25 obyekt casuslardan xüsusi mühafizə olunur

Xarici dövlətlərin xüsusi xidmət orqanlarının ayrı-ayrı obyektlərə maraq göstərdiyi aşkarlanıb

Bakı. 30 mart. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətlərin xüsusi xidmət orqanları üçün xüsusi maraq kəsb edən 25 obyekti xüsusi mühafizə edir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə orqanın ölkə parlamentinə təqdim etdiyi hesabatda deyilir.

Dövlət təhlükəsizliyi üçün xüsusi riskli obyektlərin siyahısı 2015-ci ilin noyabrında hökumətin fərmanı ilə müəyyən edilib.

2015-ci ilin avqust-dekabr dövrü üçün olan hesabatda qeyd edilir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının ayrı-ayrı obyektlərə maraq göstərdiyi və kəşfiyyat üçün həmin bu obyektlərin içərisinə düşmək cəhdləri aşkarlanıb.

Gürcüstanda yüksək riskli obyektlər sırasına Batumi və Poti limanları, Tbilisi, Kutaisi, Batumi və Mestiadakı aeroportlar, "Gürcüstan Hava Naviqasiyası" MMC (Sakaeronaviqasiya), "Gürcüstan dəmir yolu" Səhmdar Cəmiyyəti, İnquri SES və başqaları daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi