Yuxarı

Gürcüstanda 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

Tbilisi. 30 yanvar. REPORT.AZ/ Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: “Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır”.

A.Qamkrelidze deyib ki, “donuz qripi” ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi