Yuxarı

Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub

Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub

Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) 158 yoluxma halı laborator olaraq təsdiq olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qrip virusunun yayılma göstəricisi aşağı düşüb: “Son məlumatlara əsasən, 100 min sakinə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici 277 nəfər təşkil edib”.

Qonşu ölkədə qripin geniş yayılması ilə bağlı ötən həftə Rustavi Şəhər Xəstəxanası, bu gün isə Mtsxeta Tibb Mərkəzində karantin elan olunub.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 8 nəfər “donuz qripi”ndən ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi