Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb Tbilisi. 9 sentyabr. REPORT.AZ/ Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.
Region
9 Sentyabr , 2018 12:53
Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisi. 9 sentyabr. REPORT.AZ/ Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaqla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı “Qequti” sərhəd keçid məntəqəsindən Gürcüstana “Makarov” tipli tapança və 3 patron keçirməyə çalışıb.

Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi