Yuxarı

​Gürcüstana silah keçirmək istəyən Ermənistan vətəndaşı tutulub

Onu 8 ilədək həbs cəzası gözləyir

Bakı. 18 avqust. REPORT.AZ/ Gürcüstanın Daxili İşlər Nazirliyi və Gəlirlər üzrə Xidmətin əməkdaşları tərəfindən "Sadaxlı" gömrük-buraxılış məntəqəsindən respublikaya "Valter" tipli tapança və 10 güllə keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

1947-ci ildə anadan olan Ermənistan vətəndaşı Frunzik A. təqsirini etiraf edib.

Ona qarşı "Gürcüstan ərazisinə qanunsuz olaraq silah keçirmək və ya ölkə ərazisindən qeyri-qanuni yolla silah çıxarmaq" maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi